Xalq artisti Flora Kərimovanın duet ortağı müğənni Rövşən Civişov ifa etdiyi yeni “Bəxt ulduzum” adlı mahnısına türk rejissoru klip çəkəcək. Xalq artisti Flora Kərimovanın duet ortağı müğənni Rövşən Civişov ifa etdiyi yeni “Bəxt ulduzum” adlı mahnısına türk rejissoru klip çəkəcək.

Türk rejissoru müğənimizə pulsuz klip çəkəcək – VİDEO

Xalq artisti Flora Kərimovanın duet ortağı müğənni Rövşən Civişov ifa etdiyi yeni “Bəxt ulduzum” adlı mahnısına türk rejissoru klip çəkəcək.




Müğənni AzNews.az-a açıqlamasında bildirib ki, mahnının sözləri Camala, musiqisi Esmiraldaya və aranjemanı isə Azad Vəliyevə məxsusdur. Mahnıya klip çəkdirmək üçün rejissor özü müğənniyə təklif göndərib: "Məşhur Türk ifaçı Teomanın "Bayraqlar" adlı mahnısını ekranlaşdıran rejissor Efe Doğan mahnınımı dinləyib və şəxsi istəyi ilə ona klip çəkəcəyini söyləyib. Efe hətta deyir ki, İstanbul körpüsünü belə bağlatdırıb, çəkiliş aparacaq. Təmənnasız çəkilən klip yay aylarına qədər hazır olacaq".

R.Civişov onu da açıqlayıb ki, yenicə hazır olan və işıq üzü görən mahnı artıq mükafata belə layiq görülüb: "Bu yaxınlarda Bolqarıstanda 21 ölkə arasında keçirilən müsabiqədə iştirak etdim və məhz bu yeni mahnımla. Müsabiqənin ən nüfuzlu mükafatına layiq görüldüm. Mahnını bəyənən münsiflər heyəti mənə ən istedadlı, uğurlu və orijinal mükafat təqdim etdilər".

Hazırda solo albomu üzərində çalışan müğənni, qarşıdakı günlərdə fərqli fotosessiyaya imza atacağını da qeyd edib.




Fuad Mədətov
AzNews.az