Mahsun Kırmızıgülün rejissorluğu ilə çəkilən “Vəzir barmağı” filminə Türkiyənin 2 bölgəsində nümayişinə qadağa qoyulub. Mahsun Kırmızıgülün rejissorluğu ilə çəkilən “Vəzir barmağı” filminə Türkiyənin 2 bölgəsində nümayişinə qadağa qoyulub.

Mahsunun filminə qadağa qoyuldu

Mahsun Kırmızıgülün rejissorluğu ilə çəkilən “Vəzir barmağı” filminə Türkiyənin 2 bölgəsində nümayişinə qadağa qoyulub.

AzNews.az Hürriyet-ə istinadən xəbər verir ki, Mersinin və MHP-li bələdiyyə başçısı Mehmet Türe və Kayserinin Ak partiyalı bələdiyyə başçısı Mehmet Cabbar Mahsunun yeni filminin bu bölgələrdə nümayiş etdirilməyəcəyini bildirib.

Mehmet Tür sosial şəbəkə vasitəsilə bildirib ki, PKK-ya simpatiyası olan, PKK-nı terror təşkilatı saymayan, Türkiyə Respublikasını günahlandıran sənətçilərin mövqeyi ilə bizim mövqeyimiz eyni ola bilməz. Bu səbəbdən Anamur Bələdiyyə Kino Salonunda Vəzir Barmağı filmi göstərilməyəcək.

Filmdə baş qəhrəmanı canlandıram Mahsun Kırmızıgül ssenarini də özü yazıb. Fiolmdə hadisələr Osmanlı dövründə, Anadolu kəndində baş verir. Kəndin kişiləri 19 il əvvəl müharibəyə gedib, geri dönməyiblər. Bu səbəbdən, kənddəki qadınlar vəzirə müraciət edərək, bu işə bir əncam çəkməyini tələb edirlər. Bu səbəbdən kəndə ayrı etnik mənşədən seçilən 5 güclü kişi yollayır. Həmin kişilərsə, döyüşə göndərildiklərini zənn edirlər.