“Mən heç bir zaman süni kürk geyinməmişəm.” “Mən heç bir zaman süni kürk geyinməmişəm.”

"Uşaqları kəsib-doğrayırlar"- Elza Seyidcahan+FOTO

“Mən heç bir zaman süni kürk geyinməmişəm.”

Bunu AzNews.az-a açıqlamasında Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib. Onun sözlərinə görə, qarderobunda olan bütün kürklər təbiidir:

“Dəri sağlamlıqdır. Allah onu insana təbii dərman vasitəsi kimi buyurur. Təbii dəridən olan kürkləri ardıcıl olaraq geyinirəm. Bu yaxınlarda sağ heyvanların dərilərinin canlı-canlı soyulması ilə bağlı video paylaşmışdılar. Onlar lənətlənmiş insanlardır, hamısı cəhənnəmlikdir. Mən belə görüntülərə baxa bilmirəm. Əgər heyvan ölürsə, onu dərisini atmaqdansa sevə-sevə qarderobumuzda saxlamaq məqsədəuyğun olar.”

Elza Seyidcahan həmişə danışığını və hərəkətini bildiyini açıqlayıb:

“Mən konsertimdə küçədə olan heyvanları sevməyi mesaj kimi çatdırmağa çalışdım. İnsanların bəzi heyvanlardan öyrənəsi çox seyi var. Allah bizə heyvanın ətindən qidalandığımız kimi dərisindən də istifadə etməyi buyurub. Heyvanların da kəsilməyinin vaxtı var. Sadəcə ikicanlı heyvanlara toxunmaq olmaz. Heyvanlarda elə xüsusiyyətlər var ki, bəzi insanlarda bu yoxdur. Heyvanlar sadiq və vəfalıdır. Ana bətnində olan uşaqları kəsib doğrayırlar. Amma Elza xəz dəri geyən kimi deyirlər ki, heyvanları sevmir.”

Bahar RÜSTƏMLİ

AzNews.az