- Köhnə - Şou-biznes
- 23 Fevral 2017 21:51
- 19 993
Donald və Melani Tramp "Оskar-2017" mərasiminə baxmayacaqlar - Səbəb? (Foto)
Fevralın 26-da baş tutacaq kino dünyasının ən gözlənilən mərasimini bütün dünyadan milyonlarla tamaşaçı izləyəcək. Bu tamaşaçılar arasında 2 nəfər - Donald və Melani olmayacaq.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ evin mətbuat katibi Con Spayser bildirib ki, məsələ təkcə Trampın Hollivud məşhurları ilə konfliktində deyil:
“Hollivud öz müxalif baxışları ilə məhurdur. Sizinlə dürüst olacam. Həmin gecə prezident Qubernator balı təşkil edəcək. Xanım Tramp bu tədbirə çox ciddi hazırlaşır. Tədbirin hazırlıqlarına xeyli vaxt sərf edilib. Bu səbəbdən Tramp ailəsinin bütün diqqəti həmin gecəyə cəmlənəcək. ”


