“Başın sağ olsun, Azərbaycan” - Özcan Dəniz

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımla bağlı Türkiyənin məşhur müğənnisi Özcan Dəniz Azərbaycan xalqına başsağlığı verib.

AzNews.az xəbər verir ki, bu barədə o, öz instaqram səhifəsində yazıb.

Məşhur müğənni foto paylaşaraq "Xocalı, Azərbaycan, soyqırım... Başın sağ olsun Azərbaycan" şərhini yazıb.