- Köhnə - Şou-biznes
- 27 Fevral 2017 12:36
- 28 598
Aktrisanın səhhəti ilə bağlı həyat yoldaşı danışdı: “Mənə əsəbiləşib”
Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Naibə Allahverdiyevanın vəziyyəti pisləşib.
AzNews.az xəbər verir ki, aktrisanın qəfil səhhəti pisləşib və o, təcili olaraq Bakı Sağlamıq Mərkəzinə yerləşdirilib.
Aktrisanın həyat yoldaşı Yusif İsmayılov AzNews.az-a açıqlamasında Naibə Allahverdiyevanın qan təzyiqinin qalxdığını deyib:
“Gərginlik, əsəb...Mənə əsəbiləşib, zarafat edirəm. Hazırda həkimlər müayinə edir. Bir azdan, yəqin ki, müayinələrin nəticələri açıqlanacaq.”
Bahar RÜSTƏMLİ
AzNews.az