"Ərim işləmirdi, ailəni saxlaya bilmirdi, ayaq-ayaq üstünə atıb gözləyirdi" "Ərim işləmirdi, ailəni saxlaya bilmirdi, ayaq-ayaq üstünə atıb gözləyirdi"

“Nişanımı qaytardılar, 16 yaşımda qoşulub qaçdım” - Rəqqasə Fatimə

"Ərim işləmirdi, ailəni saxlaya bilmirdi, ayaq-ayaq üstünə atıb gözləyirdi"

“Atam 2 ay məni danışdırmadı”

“6 ayın gəlini olmuşam”

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan rəqqasə Fatimə Fətəliyeva maraqlı açıqlamalar verib.

O, ailəsi haqda danışıb:
"Həyatım nağıl kimidir. Qardaşım Almaniyada yaşayır. 5 il öncə əvvəl görmüşəm. Məni ərköyün böyüdüblər. Hər istədiyim olub. Düşünmürdüm ki, nə zamansa çətinlik çəkərəm. Elə anlar gəldi ki, 16 yaşımda artıq məktəbi bitirdim. Tez zamanda ailə qurdum. Sevgi yaşa baxmır, sevəndə insanın gözü görmür. Amma sevgi tez zamanda bitdi. Nişanlı idim, sonra qaytardılar nişanı. İstəmədiyim üçün ailəm geri addım atdı və onlara dedim ki, nə istəsəz edəcəm. Sonradan başqası çıxdı qabağıma və aldandım qaçdım. Amma kaş valideynlərimə qulaq asardım. Şükürlər olsun ki, qızım var. Heç bir qadın ayrılıq istəməz. Sevginin sonacan sürməsini istəyər. Atam çox gec bağışladı məni. İki ay məni heç danışdırmadılar. Qonşuluqda qaldığım üçün anama zəng vurdum ki, gizlincə arxa tərəfdən gəl görüm səni. Atam üçün isə lap çox darıxırdım. İki ay sonra oğlanın ailəsi işə qarışıb bizi barışdırdılar. Sonra bizə böyük toy etdilər. Qızım anadan olandan 1 il sonra yoldaşımdan ayrıldım. Ailə quranda əmin olmalısan ki, həmin adam ailənin qədrini biləcək. Kişi odur ki, daşdan pul çıxartsın. Yoxsa ailəni saxlaya bilmirdi, ayaq-ayaq üstünə atıb gözləyirdi. İşləmirdi. Mən 16 yaşımdan işləmişəm. Demək olar ki, uşaq olandan anamın yanında qalmışam. Ümumiyyətlə, 6 ayın gəlini olmuşam".

AzNews.az