"Oskar-2017" mükafatının təqdimetmə mərasimində "Ən yaxşı film" nominasiyasında qalibin səhv elan edilməsinə görə məsuliyyət daşıyan şəxslər işdən çıxarılacaq. "Oskar-2017" mükafatının təqdimetmə mərasimində "Ən yaxşı film" nominasiyasında qalibin səhv elan edilməsinə görə məsuliyyət daşıyan şəxslər işdən çıxarılacaq.

“Oskar”dakı səhvə görə işdən çıxarıldılar - Foto + Video

"Oskar-2017" mükafatının təqdimetmə mərasimində "Ən yaxşı film" nominasiyasında qalibin səhv elan edilməsinə görə məsuliyyət daşıyan şəxslər işdən çıxarılacaq.

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, bunu Amerika Kino Akademiyasının prezidenti Şeril Bun Ayzeks deyib.

Onun sözlərinə əsasən, "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatını qalib filmə səhv verməyə görə məsuliyyət daşıyan səsvermə qrupunun əməkdaşları bundan sonra orada işləməyəcəklər. Şeril bildirib ki, onların bu hərəkəti insanların hissləri ilə oynamaqdan başqa bir şey deyil.

Qeyd edək ki, fevralın 26-da keçirilən "Oskar" mükafatlandırılma mərasimində "Ən yaxşı film" nominasiyası üzrə qalib gələn filmin öncə "La la land" olduğunu açıqlasalar da, sonradan bu yanlışlıq düzəldilərək, mükafat "Moonlight" ("Ay işığı") filminə verilib.

image description image description