ARB TV-nin "Gəlin Danışaq" verilişinin növbəti qonağı müğənni Elvin Abdullayev olub. ARB TV-nin "Gəlin Danışaq" verilişinin növbəti qonağı müğənni Elvin Abdullayev olub.

"Bacım çox döyülüb" - Elvin Abdullayev

ARB TV-nin "Gəlin Danışaq" verilişinin növbəti qonağı müğənni Elvin Abdullayev olub.

AzNews.az xəbər verir ki, maraqlı açıqlamalar verən müğənni, ilk olaraq kasıb ailədə böyüdüyünü bildirib:

"Sakit ailədə böyümüşəm, özüm sakit uşaq olmuşam. Kasıb bir ailədə böyümüşəm. O qədər kasıb deyildik ki, acından ölək, ancaq elə şeylər var idi ki, onu almaq istərdim, amma imkanımız çatmazdı. Mən yataqxanada böyümüşəm. Misal üçün yay gələrdi, amma bizim xiyar, pomidor almağa imkanımız çatmazdı. Amma şükürlər olsun bu günə".

Daha sonra Elvin sakit keçən uşaqlığından söz açıb:

"Atamı, anamı incidən bir uşaq olmamışam. Bacım çox dəcəl olub. O çox döyülüb, mən yox. İndinin özündə də həmişə atam deyir ki, yazıq qızın başın vurmuşam, amma sən "juk" olmusan, həmişə vəziyyətdən çıxmağı bacarmısan. Uşaqlıqdan böyüklərin anlayacağı şeyləri anlamışam. Ona görə həmişə sakit olmağa çalışmışam".

Ailəsinin çətin anlarından danışan müğənni məcburiyyətdən rayona köçdüklərini deyib:

"Atam Qax rayonundandır. Nənəm həmişə deyirdi ki, görürəm vəziyyətiniz ağırdır. Heç olmasa, gəlin buradan fındıq yığın, aparıb satın vəziyyətdən çıxın. O vaxt yadıma gəlir 2-ci, 3-cü sinifləri Qaxda oxumuşam, çünki dərslərimdən də yayınırdım. Atam məcbur idi ki, getsin o fındıqları yığsın".

Elvin sonda qeyd edib ki, qaldıqları yer yataqxana olsa da bütün xoşbəxt anları ora ilə bağlıdır və son aldıqları evi də məhz bu səbəbdən yataqxananın önündən alıblar:

"Yox mən almadım, atam aldı. Çox qaldıq yataqxanada. Baxmayaraq ki, yataqxana idi, lakin biz çox xoşbəxt idik. Ən gözəl günlərimiz o yataqxanada olub. Yataqxanadan sonra 2 ev dəyişdik, ən son evimizi gəlib yataqxananın qabağından aldıq. Çunki uşaqlığım orada keçib".