- Köhnə - Şou-biznes
- 8 İyul 2017 00:00
- 7 509
Beyoncenin 5 yaşlı qızı anasının yolunu davam etdirir - "Yeni rep-şahzadə" (Video)
Dünyaca məşhur ifaçı Beyoncenin qızı Blue Ayvi anası kimi ulduz olmaq üçün ilk addımlarını atmağa başlayıb.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Beyoncenin həyat yoldaşı, məşhur reper və prodüser Cey-Zi çoxdan gözlənilən 4:44 adlı albomunu təqdim etməyə hazırlaşır. Alboma daxil olan surpriz treklərdən birində 5 yaşlı Blue Ayvi fristayl oxuyub.
45 saniyəlik bu maraqlı rep artıq sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Repdəki sözlərin ümumilikdə elə də dərin mənası yoxdur. Sadəcə, balaca qızcığaz sözləri ritm üzərində deməyə çalışır.