- Köhnə - Şou-biznes
- 11 İyul 2017 22:36
- 8 920
Tutulduğu deyilən Nahid Emiloğlu danışdı: "Onları məhkəməyə verəcəm"
Azərbaycanda yerli və xarici müğənnilərin konsertlərini təşkil edən məşhur prodüser və təşkilatçı Nahid Emiloğlu tutulması ilə bağlı xəbərlərə münasibət bildirib.
AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, haqqında yayılan məlumatlar yalandır:
“Mən həbs edilməmişəm, heç yerə də çağrılmamışam. Bu qədər şərəfsizlik olmaz. Bu xəbəri niyə yayıblar, bilmirəm. Məqsəd mənim işgüzar nüfuzuma zərər verməkdir.
Hazırda vəkilim bu işlə məşğuldur. Yalan xəbər yayanı məhkəməyə verəcəm. Niyə mən öz təşkil etdiyim konsertə saxta bilet satım?! Bu, nə dərəcədə düzgündür?!”.
N.Emiloğlu sosial şəbəkə profillərini, telefonunu bağlaması ilə bağlı da bunları deyib:
“Bu, mənim haqqımdır. Ürəyim sakitlik istəyib. Əcəb eləmişəm. İki dəfə ürək əməliyyatı keçirmişəm. Ürək çatışmazlığı ilə yaşayan adamam. Mənə sakitlik lazımdır. Gündə bir xəbər yayırlar, bəsdirin”.
Qeyd edək ki, bir müddət əvvəl Criminal.az saytı E.Nahidoğlunun müğənni Rafet El Romanın və Damlanın konsertinə saxta bilet satdığına görə saxlanıldığını iddia edib.