- Köhnə - Şou-biznes
- 27 İyul 2017 20:53
- 12 324
“Jara” festivalında ulduzların qırmızı xalçada keçidi başlayıb - Foto
Bu gün Bakıda “Jara” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalça üzərində keçidi başlanıb.
AzNews.az xəbər verir ki, əvvəlcə xalçaya festivalın təşəbbüskarı Emin Ağalarov övladları ilə birlikdə çıxıb. Ardıyca isə festivalda çıxış edəcək məşhurlar - Vera Brejneva, Valeriya, Aleksey Vorobyov, Yolka, Leonid Aqutin, Anita Tsoy, Qriqori Leps və digərləri çıxıb.
Qeyd edək ki, festival 4 gün - 27-30 iyul tarixlərində keçiriləcək. Festivalda iştirak etmək üçün paytaxtmıza məşhur ifaçılar, musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlib.
Fəridə Abdullayeva
AzNews.az