Ankarada səhnəyə çıxan Türkiyənin məşhur müğənnisi tamaşaçılarına ata olacağı müjdəsini verib. Ankarada səhnəyə çıxan Türkiyənin məşhur müğənnisi tamaşaçılarına ata olacağı müjdəsini verib.

Sərdar Ortac ata olacaq

Ankarada səhnəyə çıxan Türkiyənin məşhur müğənnisi tamaşaçılarına ata olacağı müjdəsini verib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, müğənni 2018-ci ildə ata olacağını bildirib. Multipl Skleroz xəstəliyindən əziyyət çəkən Sərdar Ortac xəstəliyiynin tam sağalmadığını bildirib: "3 il övlad həsrəti ilə yaşadıqdan sonra övladımız olacaq. Xəstəliyimin müalicəsi hələ tapılmadı. Sanki qismən iflic keçirmiş kimiyəm. Yol gedərkən birdən ayağım kəsilir. İlk dəfə 20 il əvvəl əsgərlikdə bərk əzilmişəm. İllər sonra isə nikahımızda həyat yoldaşımla gedərkən pilləkənlərdən yıxıldım. Xəstəlik mənə toy hədiyyəsi oldu".