İbrahim Tatlısəsin ilk arvadı həccə getdi

İbrahim Tatlısəsin ilk həyat yoldaşı, eyni zamanda oğlu Əhməd ilə qızları Gülden və Gülşənin anaları olan Ədalət Tatlı Həcc ziyarətinə gedib.

AzNews.az xəbər verir ki, bu barədə İbrahim Tatlısəsin oğlu Əhməd Tatlısəs instaqram səhifəsində yazıb. Urfada yaşayan Ədalət Tatlını oğlu Əhməd Atatürk Hava Limanından müqəddəs torpaqlara yola salıb:

"Anam, anam qəribə anam ...

Həcc yolçususan... Sən bir yana, dünya bir yana!

Sən mənim anamsan!

Şimalım... Cənubum... Şərqim...Qərbimsən!

Səfərin SƏN kimi keçsin!".