Müğənni Səidə Sultan yeni fotosesiya etdirib. Müğənni Səidə Sultan yeni fotosesiya etdirib.

Səidə Sultan özünü düşməninə oxşatdı - Fotolar

Müğənni Səidə Sultan yeni fotosesiya etdirib.

AzNews.az xəbər verir ki, sənətçi həmin şəkilləri sosial şəbəkədə paylaşıb. Şəkillərdən görünür ki, sənətçi görkəmində, saç düzümü və makiyajında dəyişiklik edib.

Sosial şəbəkə izləyiciləri onun bu görkəmini bəyəndiklərini yazıblar. Amma, izləyicilərdən bəziləri isə Səidə Sultanın özünü aktrisa Pərvin Abıyevaya bənzətdiyini qeyd edib.

Bir müddət əvvəl təqdim edilən “Maşın şou”da müğənni Səidə Sultanla Pərvin Abıyeva arasında qalmaqal yaşanmışdı. Tərəflər bir-birinin ünvanına təhqirli ifadələr işlətmişdi.

AzNews.az