Daha bir azərbaycanlı məşhur haker hücumuna məruz qalıb. Daha bir azərbaycanlı məşhur haker hücumuna məruz qalıb.

Natavan da haker hücumuna məruz qaldı

Daha bir azərbaycanlı məşhur haker hücumuna məruz qalıb.

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, bu dəfə müğənni Natavan Həbibinin İnstaqram hesabı oğurlanıb. Bu barədə prodüser Zöhrab Ağayev (Zorik) məlumat verib:

“Natavanın səhifəsi oğurlanıb. Tezliklə onun səhifəsi bərpa olunacaq”.

Xatırladaq ki, bir qədər əvvəl müğənni Nadir Qafazadənin, aparıcı Afaq Gəncəlinin İnstaqram səhifələri ələ keçirilmişdi. Nadir problemi həll eləsə də, Afaq hələ də şəxsi hesabını bərpa edə bilməyib.