- Köhnə - Şou-biznes
- 6 Sentyabr 2017 15:36
- 14 056
Pişik Günel arıqladı - "Dərman atıram"
“Heç bir əməliyyat etdirməmişəm. Sadəcə dərman qəbul edib arıqlamışam”.
AzNews.az Lent.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova “Show time” verilişində deyib.
Günel bildirib ki, bu günə qədər elə də çox plastik əməliyyat etdirməyib:
“Burun və dodaq kiçiltmə əməliyyatım olub. Amma nədənsə hamı elə bilir ki, hər yerim əməliyyatdı. Ən çox əməliyyat keçirən məşhurlar siyahısında adım birinci və ya ikinci qeyd edilir. O siyahıda özümü görmürəm. Çünki elə müğənnilərimiz var ki, özlərini sökdürüb, təzədən yığdırıblar. Sadəcə bunu işıqlandırmırlar”.
Sənətçi artıq çəki atmasından danışıb:
“Son vaxtlar kökəlmişdim. Uşağımın artıq qalan yeməyini özüm yeyirdim. Bir müddətdir ki, o dərmanı qəbul edirəm. Amma nə qədər arıqladığımı dəqiq deyə bilmərəm. Bu dərmanın mənə heç bir ziyanı yoxdur. Gün ərzində 3 litr su içirəm. Hələ ki, tərəziyə çıxmamışam. Çünki xeyli çəki verəndən sonrakı nəticəni görmək istəyirəm”.