Aygün Kazımovanın konsertindən ilk görüntülər – Fotolar (Yenilənib)

“Christal Hall”da xalq artisti Aygün Kazımovanın konserti start götürüb.

AzNews.az xəbər verir ki, konsert zamanı Aygün Kazımovanın səhnədə kifayət qədər həyəcanlı olduğu müşahidə olunub.

Konsert “Qobustan ritmləri” ilə başlayıb. Daha sonra “Bəxt üzüyü” filminin soundtreki fərqli üslubda səsləndirilib. Müğənni klassik “Qoy işığı söndürüm” mahnısını yeni aranjemanda təqdim edib.

Ulduz müğənnini səhnədə xaricdən dəvət olunmuş rəqqaslar müşayiət edir.

Konsert zalında yerlərin, təxminən, 70 faizi tutulub.

Qeyd edək ki, konsert xalq artistinin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunub.

AzNews.az

***

20:47

Bir qədər sonra “Christal Hall”da xalq artisti Aygün Kazımovanın konserti start götürəcək.

AzNews.az xəbər verir ki, artıq konsert iştirakçıları öz yerlərini tutub və müğənninin səhnəyə çıxmasını gözləyirlər.

Qeyd edək ki, konsert xalq artistinin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunub.

AzNews.az konsertdən əvvəl çəkilmiş görüntüləri təqdim edir.

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description