Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu yıxılaraq ayağını sındırıb. Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu yıxılaraq ayağını sındırıb.

Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu yıxılaraq ayağını sındırıb.

AzNews.az milli.az-a istinadən xəbər verir ki, meyxanaçının ayağı 3 yerdən sınıb.

Namiq Qaraçuxurlu hal-hazırda xəstəxanalardan birindədir. Meyxanaçını bu vəziyyətində sənət yoldaşları da tək qoymayıb. Belə ki, Sevil-Sevinc bacıları, Əhməd Mustafayev, Manaf Ağayev, Aysun İsmayılova və teleaparıcı Afaq Gəncəli onun ziyarətinə yollanıblar.

Qeyd edək ki, müğənni dünən toydan evə gələrkən maşından düşmək istəyəndə ayağı bardyura dəyib.