- Köhnə - Şou-biznes
- 20 Dekabr 2017 14:18
- 7 811
Dado Nazı klipinə dəvət edibmiş - Boşanmaya səbəb...
Türkiyədəki evlilik verilişində iştirakı ilə tanınan azərbaycanlı gəlin namizəd Nazdan xəbər var.
AzNews.az BiG.AZ-a istinadən xəbər verir ki, Nazın adı müğənni Natavandan yenicə boşanan reper Dado ilə hallanır. Naz bu söz-söhbətə aydınlıq gətirərək xəbəri təkzib edib. O iştirak etdiyi verilişdə aparıcının "Bəlkə elə Natavanla Dadonun ayrılmasına səbəb sən imişsən?" sualına belə cavab verib:
"Allah eləməsin. Elə söz-söhbət yoxdur. Mənə reper klipdə rol almağımı təklif edib. Mən isə bu təklifi hələ qəbul etməmişəm".