8 Mart bayramı ölkəmizdə ən çox gözlənilən bayramlar sırasındadır. Qadınlar məhz həmin günü ətrafına yaxın olan insanlardan xüsusi diqqət və qayğı gözləyirlər. 8 Mart bayramı ölkəmizdə ən çox gözlənilən bayramlar sırasındadır. Qadınlar məhz həmin günü ətrafına yaxın olan insanlardan xüsusi diqqət və qayğı gözləyirlər.

Sənət adamlarının 8 Mart arzusu: “O məni Maldiv adalarına istirahətə aparaydı...”

8 Mart bayramı ölkəmizdə ən çox gözlənilən bayramlar sırasındadır. Qadınlar məhz həmin günü ətrafına yaxın olan insanlardan xüsusi diqqət və qayğı gözləyirlər.

Bəs 8 Martda qadın üçün ən gözəl hədiyyə nədir? AzNews.az sənət adamları arasında keçirdiyi sorğunu təqdim edir:

Nüşabə Ələsgərli: “Mənim üçün ən böyük hədiyyə ailəm və onun sağlamlığıdır. Qadın üçün bundan gözəl nəsə ola bilməz. 8 Mart üçün xüsusi bir tədbir hazırlamamışam. Sabah dərsdə olacam, axşam da toyum var”.

Maral Tahirqızı: “Düzü, mən heç vaxt kimdənsə hədiyyə gözləməmişəm. Əvəllər mənə hədiyyə verənlər olub. Gözləmədiyim yerdən hədiyyələr ünvanlanıb. İndi də kimdənsə nəsə ummuram. Sözlə təbrik də ən böyük hədiyyədir. Qadın var ki, heç onu sözlə də təbrik etmirlər”.

Meyxanaçı Samirə: “Nə hədiyyə alacaq kimsəm var, nə də hədiyyə verəcək. Heç kimdən hədiyyə gözləmirəm. İmkanım olsaydı, 5-10 xanıma hədiyyə alardım. Əslində isə 8 Martla bağlı ürəyimdən keçən arzum var: ürəyimə yatan bir şəxs olaydı, məni bir həftəlik Maldiv adalarına istirahətə aparaydı. Mən də bir həftə insan kimi dincələydim, özümü qadın kimi hiss edəydim”.

Bahar RÜSTƏMLİ
AzNews.az