“Rəqs aləmində məni gözləri götürməyənlər çoxdur. Çünki elə rəqqasələr var ki, dövlət ansamblında rəqs ediblər, indi heç yerdə yoxdular. Paxıllıqlara fikir verməyə vaxtım yoxdur”. “Rəqs aləmində məni gözləri götürməyənlər çoxdur. Çünki elə rəqqasələr var ki, dövlət ansamblında rəqs ediblər, indi heç yerdə yoxdular. Paxıllıqlara fikir verməyə vaxtım yoxdur”.

"Xınayaxdı mərasimləri sırasında nömrə birəm" - Məşhur rəqqasə

“Rəqs aləmində məni gözləri götürməyənlər çoxdur. Çünki elə rəqqasələr var ki, dövlət ansamblında rəqs ediblər, indi heç yerdə yoxdular. Paxıllıqlara fikir verməyə vaxtım yoxdur”.

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva verilişlərin birində deyib.

Sənətçi xınayaxdı mərasimlərində birinci özünün olduğunu söyləyib:

“Xınayaxdı mərasimləri sırasında nömrə birəm. Bu işə gələndə mahnı oxuyacağımı bilmirdim. Sonra bir neçə müğənnilər mənə kömək oldu və mahnılarını verdilər. Mən də oxuyub, xınalarda səsləndirdim. Hətta arada menecerimə zəng vurub toya oxuyan kimi dəvət edirlər. Yaxşı qonorar versələr gedərəm”.

Fatimə artıq hind rəqsləri oynamadığını söyləyib:

“Hind rəqslərini repertuarımda azaltmışam. Evdə qayınanam var artıq... Qızım Aydan mənə qayınanalıq edir. Həm yoldaşım istəmir. Mən də milli rəqslərimizi oynayıram.
Qızım məni çox qısqanır. Deyir ki, bir az qocal da, anaya oxşa”
.