Səməd Səmədov: “Adamı doğulduğuna peşman edirlər”

Xalq artisti Səməd Səmədov evinin qiyməti ilə bağlı yayılan xəbəri təkzib edir. Müğənni bununla bağlı AzNews.az-a verdiyi açıqlamada dedi ki, istər evi, istərsə də avtomobilinin qiyməti ilə bağlı belə bir açıqlama vermədiyini dilə gətirdi:

"Bu məlumat kökündən yalnışdır. Adamı danışdığına deyil, doğulduğuna peşiman edirlər. Mənim evim "Zorgi" bağı ilə üzbəüzdür. Bu bağın da qiyməti yoxdur. Həmin bağın kölgəsi axşama yaxın mənim evimə düşür. Deməli, evimin qiyməti də həmin kölgə ilə hesablanır. Amma Səməd Səmədovun evinin qiyməti ilə maraqlananlar bilsinlər ki, mən haradasa 200-250 min qiyməti olan evdə yaşayıram".

S.Səmədov onu da bildirdi ki, o, yüz minlik deyil, 75 minlik bir avtomobildə gəzir.

Bahar Rüstəmli
AzNews.az