“Həyatım təhlükə qarşısındadır” - AÇIQLAMA

İlhamə Quliyevanın mətbuat katibini kimlər hədələyir?

Xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərlinin həyatı təhlükə altındadır. Bu barədə AzNews.az-a açıqlama verən Faiq Ələkbərli artıq hüqüq-mühafizə orqanlarına müraciət etdiyini bildirdi:

"Xalq artisti İlhamə Quliyeva və sənətçi Nazpəri Dostəliyeva arasındakı söz-söhbətlə bağlı KİV-ə verdiyim açıqlamadan sonra Dostəliyevanın köməkçisi Mikayıl Hüseynov martın 23-də, saat 15:28-də mobil telefonuma mesaj göndərərək, məni hədələyir. Hazırda mənim həyatım təhlükə qarşısındadır. Hüquq-mühafizə orqanlarına həyatımın təhlükəsizliyini təmin etmək üçün müraciət edirəm. Onu da deyim ki, yazılı ərizəmi hüquq mühafizə orqanlarına təqdim edəcəm".

Bahar Rüstəmli
AzNews.az