Ordu zərbə endirdi – yüzlərlə terrorçu öldürüldü, girovlar xilas edildi

Qərbi Afrika ölkəsi Nigeriyada ordu ötən ay ölkənin müxtəlif bölgələrində terror qruplarına qarşı geniş əməliyyatlar həyata keçirib.

Müdafiə Media Əməliyyatları direktoru Maykl Onoja bildirib ki, əməliyyatlar zamanı Boko Haram və ISWAP kimi terror təşkilatlarına ağır zərbələr endirilib.

Onun sözlərinə görə, əməliyyatlar nəticəsində 201 terrorçu məhv edilib, terrorçuların girov saxladığı 188 nəfər isə azad olunub.

Bundan əlavə, 284 terrorçunun saxlanıldığı, onlara məxsus çoxsaylı silah, texnika və mühüm sursatın ələ keçirildiyi qeyd olunub.

Qeyd edək ki, Nigeriya uzun illərdir ki, həm silahlı dəstələrin, həm də Boko Haram və ISWAP kimi terror qruplarının hücumları ilə üz-üzədir.

Mövsüm,

AzNews.az