Rəqsanə az qalıb ölə

O, ağır əməliyyat keçirib
Müğənni Rəqsanə Türkiyənin məşhur klinikalarının birində ağır əməliyyat keçirib. 8 saat ölümlə üz-üzə qalan Rəqsanə hazırda xəstəxanadan evə buraxılıb.

Bu barədə məlumatı AzNews.az-a müğənninin özü deyib. Onun sözlərinə görə, hazırda ev şəraitində müalicə kursu keçir:

"Xəstəxanadan çıxıb, ev şəraitində müalicə olunuram. Gözləyirəm ki, sağalam, hərəkətim bərpa olunsun. Bu plastik əməliyyat deyildi, problemim vardı. Onu da bu əməliyyatla aradan götürdülər. Mayın axırında Bakıda olacam".

Bahar Rüstəmli
AzNews.az