- Köhnə - Şou-biznes
- 4 İyul 2013 19:50
- 3 352
Rəqsanə: “Özümə nifrət edirəm”
Axşam.az-ın məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan "Onlar" verilişində övladları haqqında danışanları hədələyib.
Şəxsi həyatından söz açan sənətçi özünə nifrət etdiyini deyib:
"Həyatımda bir səhv etmişəm ki, onu heç vaxt özümə keçməyəcəm. Ömrümün sonuna kimi o səhvi bağışlamayacam. Ona görə özümə nifrət edirəm. Heç kimə icazə vermərəm ki, övladlarıma toxunsunlar. Onlar haqqında artıq söz danışanı öldürərəm".
Müğənni yenidən ailə qura biləcəyindən də söz açıb:
"Namizədlərim çoxdur. Anam istəyir ki, toyum baş tutsun. Deyir, qızım, get ərə yenə uşaqların olsun. Ondan olsa, günü sabah toy edərəm".
AzNews.az