- Köhnə - Şou-biznes
- 16 İyul 2013 11:27
- 1 919
Xalq artisti ölmüş müğənni ilə duet oxumaq istəyir

Gənc müğənnilərdən duet oxumaq üçün çoxlu təkliflər aldığını bildirən S.Səmədov külli miqdarda pul təklif edildiyini, ancaq razılaşmadığını deyib: "Çünki mən bundan sonra yalnız Beyonse, Cenefer Loppez, Hyustonla duet oxuyaram. Çünki İlhamə Quliyeva, Flora Kərimovadan sonra gedib uşaq-muşaqla oxumaq mənə yaraşmaz".
S.Səmədovun bundan sonra Beyonse, Cenefer Loppezlə duet oxuma ehtimalı bəlkə də gerçəkləşə bilər. Ancaq eyni fikri Hyustonla bağlı söyləmək mümkün deyil. Çünki Uitni Elizabet Hyuston ötən ilin fevralında oteldə müəmmalı şəkildə ölü tapılıb. Ancaq görünür Səməd Səmədov Hyustonun ölümündən xəbərsizdir.
Elnur
AzNews.az