- Köhnə - Şou-biznes
- 18 İyul 2013 08:56
- 2 858
Nazpəri İlhamə Quliyevanın başına pul qoyubmuş? – Şok ittiham - Video
"Görün mənim nə boyda qiymətli başım var"
Xalq artisti İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında qalmaqal özünün pik həddinə çatıb. AzNews.az-ın show.az-a istinadən məlumatına görə, İ.Quliyeva həmkarını onun başına pul qoymaqda ittiham edib.
Xalq artisti deyib ki, N.Dostəliyeva onun ölüm xəbərini verən ilk adama pul mükafatı vəd edibmiş: "Sənətdə bir mənfi adam vardı, başıma pul qoymuşdu. Elə o Nazpəri… Demişdi, kim İlhamənin ölümünü mənə desə, ona bu qədər pul verəcəm. Ay utanmaz, ay utanmaz. Sənə mən nə etmişəm? Görün mənim nə boyda qiymətli başım var. Elələri var, deyir, mən varam arenada, nə istəyirəm edərəm. Mən varamsa heç kim həddini aşa bilməz".
Bahar Rüstəmli
AzNews.az