Türkiyə mətbuatı Aygün Kazımovanın konsertindən yazdı

Xalq artisti Aygün Kazımovanın ötən həftə "Amburan" istirahət mərkəzində verdiyi solo konsert Türkiyə mətbuatının da diqqət mərkəzində olub.

Axşam.az-ın məlumatına görə, qardaş ölkənin internet portalları, divanın konsertinin möhtəşəm keçdiyini qeyd edib.

Türkiyənin "geceturk.com" saytı xalq artistinin ifası ilə yanaşı geyiminin də çox bəyənildiyini vurğulayıb:

"Azərbaycanın super starı, Türkiyədə bir çox layihələrə imza atan, Snup Doqla duet oxuyan diva bu dəfə də Murat Yetər orkestrı ilə birlikdə Bakıda ən dəbdəbəli yerdə konsert verib. Min insanın yerləşdiyi məkanı dolduran Aygün Kazımova bir çox türk mahnısı da oxuyub. Onlardan biri də İbrahim Tatlısəsin "Kim çəkər səni" bəstəsi olub.

Super star Bakıda verdiyi konsertdə modelyer Ramazo Romanın "kəpənək" kolleksiyasından libas geyinərək, möhtəşəm görünüşü ilə bütün diqqətləri üzərində toplayıb" - deyə yazıda qeyd edilib.

AzNews.az
image description image description image description