“Rəqsanədən çox şey tələb edə bilmərəm” - Tolik

"Biz Rəqsanə ilə konsert layihəmizə hələ başlamamışıq. Mən Rəqasanəni çox istəyirəm. Aygün Kazımovanın, Royanın etdiyini Rəqsanə edə bilməz. İfalar tam başqadır. Mən Rəqsanədən çox şey tələb edə bilmərəm".

Bunu AzNews.az-a açıqlamasında prodüser kimi Tolik bildirdi.

Onun sözlərinə görə, Rəqsanə bütün gücünü qızı Aysunun moda təqdimatına sərf edib: "Rəqsanə qızı Aysunun moda təqdimatını keçirəcək. 80-dən yuxarı geyimlər nümayiş olunacaq. Təqdimat Azərbaycanın ən bahalı otelində baş tutacaq. Səhnə dekorasiyaları olsun ki, Türkiyədən gətiriləcək. Təqdimata Rusiyadan tanınmış bir müğənni gələcək. Onun adını açıqlamırıq. Qeyri-adi bir təqdimat olacaq. Gecənin bütün tələbatını Rəqsanə qarşılayır. Rəqsanə təqdimatda yüksək keyfiyyət istəyir. Biri var 5 min manatlıq səhnə, biri də var 20 min manatlıq səhnə. Rəqsanə bunun ən bahalısını istəyir".

Bahar
AzNews.az