İlhamə Quliyeva ona “şah“ titulu verdi

Müğənni Vasif Məhərrəmli özünə yeni titul verib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Atv Maqazin" verilişinə açıqlamasında özünü şou-biznesin "İmperatoru" adlandırıb:

"Bunu tək mən yox, ətrafımda olan bir çox insanlar deyir. Mənim bu aləmdə sözüm keçir, lazım gələndə hökm etməyi də bacarıram. Qaydaları pozana diqtə etmək qabiliyyətim var".

Vasif xalq artisti İlhamə Quliyevanın ona "şah" titulu verdiyini də açıqlayıb:

"Bu yaxınlarda İlhamə xanımın övladının xeyir işində idik. Mənə "şou-biznesin şahı" titulunu verdi. Çox sağ olsun. Amma İmperator adının səs-sorağı daha böyükdür".

AzNews.az