Nazpəri məhkəməyə niyə getmədi?- Açıqlama

Xalq artisti Nazpəri Dostəliyevanın həmkarı İlhamə Quliyevaya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Bu gün keçirilən məhkəmə iclasının növbəti dəfə təxirə salınmasına səbəb Nazpəri Dostəliyevanın məhkəməyə gəlməməsi olub. Bu barədə məlumatı AzNews.az-a İlhamə Quliyevanın vəkili Şəfiqə Hacıyeva bildirib: "Artıq ikinci dəfədir ki, Nazpəri xanım məhkəməyə gələcəyini deyir, ancaq gəlmir. Buna görə də məhkəmə baş tutmur".

Xatırladaq ki, bu gün N. Dostəliyevanın ayağının sınması barədə məlumat yayılıb.

Qeyd edək ki, N.Dostəliyeva İ.Quliyevadan 100 min manat təzminat tələb edir.

Bahar
AzNews.az