Müğənni ANS-lə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirdi Müğənni ANS-lə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirdi

Elnarə Xəlilova: “Danışmağa başlasam, çox sütünlar yerindən oynayacaq“ - Eksklüziv

Müğənni ANS-lə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirdi

Son zamanlar "Qan" qrupu ilə gündəmi tərk etməyən müğənni Elnarə Xəlilova indi birgə çalışdığı ANS Şirkətlər Qrupu ilə yaşadığı gərginliklə diqqət mərkəzindədir. Əsas səbəb kimi isə Elnarənin özünü "Qan" qrupunun rəhbəri kimi təqdim etməsi göstərilir. Buna görə də şirkət rəhbərliyi müğənnini yalançılıqda ittiham edir. Bu məlumat isə birmənalı qarşılanmayıb. Əksəriyyət Elnarənin "Qan" qrupundan uzaqlaşdırılmasının kökündə başqa məqamların da olduğunu bildirir. Bu məqamların nədən ibarət oluğunu bilməkdən ötrü isə Elnarə Xəlilovanın özü ilə əlaqə saxladıq. Müğənni sözünə ANS-lə heç bir probleminin olmadığını deməklə başlasa da, sonradan bir çox maraqlı mətləblərə toxundu.

- Mənim ANS şirkətlər qrupuyla bir problemim yoxdur və mən heç yerdə deməmişəm ki, "Qan" qrupu mənimdir. Əksinə, əvvəlki xəbərlərə baxsanız görəcəksiz ki, onlar məni rəhbər kimi təqdim ediblər. Mənim nə ANS-lə, nədə ki, ordakı insnalarla bir problemim yoxdur.


- Əgər doğrudan da heç bir problem yoxdursa, onda belə çıxır ki, sizin səs imkanlarınızın onları qane etmədiyi üçün ordan uzaqlaşdırılmağınız xəbəri doğrudur...


- Yox bu, doğru deyil. Bir ildən çoxdur ki, mən onlarla birlikdə çalışıram. Əgər səs imkanlarım doğurdan da onları qane etməsəydi, bu müddət ərzində necə işləyə bilərdik. O uğurlu layihələri necə həyata keçirərdik? Səsimlə bağlı deyilən sözlər tamamılə yalandır. Axı "Qan" qrupu yaranmamışdan əvvəl də mən sevilən, pərəstişkarları olan Elnarə Xəlilova idim. Məni bu səviyyəyə ANS gətirməyib ki.


- Bəs bu söz-söhbətin əsil səbəbi nədir?


- Əsas səbəb rəqabətin olmamamasıdır. Rəqabət olmayanda insan öz gücünü yetəri qədər ortaya qoya bilmir. Digər səbəb isə bu cür ifalara Azərbaycan xalqının hələ hazır olmamasıdır.


- Günahınız yoxdursa, nə əcəb ittihamlara cavab vermirsiz?


- Mən hələ ki, susuram-bir söz demirəm. Çünki mən psilik edənə də yaxşılıq edən adamam. Hələ ki, dözürəm. Amma hər şeyin bir həddi, əndazəsi olduğu kimi, səbrin də sonu var. Unutmasınlar ki, mən danışmağa başlasam, bu heç kimə sərf etməyəcək, çox sütunlar yerindən oynayacaq.

Əminə Hacıağayeva
AzNews.az