Show TV cərimələndi

Türkiyənin Radio və Televiziya Şurası Show TV kanalını cərimələyib.

Buna səbəb telenakalın efirində müğənni Bülənt Ərsoyun işlətdiyi ifadələr olub.

"Diva" bir müddət əvvəl efirə gedən verilişdə "Bir mən bilərəm, bir Allah" mahnısını səsləndirib. Bu zaman texniki problem baş verib və sənətçi əsəblərini cilovlaya bilməyib:

"Bir mahnı sifariş verdik, amma içəridəki quşbeyinlər bacarmadı. Allah bəlanızı versin, axmaqlar".

Şura bu sözləri insan haqlarının pozulması kimi dəyərləndirərək Show TV-yə 120 min lirə (təxminən, 48 min AZN) məbləğində cərimə yazıb.(axsam.az)