Ruhi ən zövqlü kişi və qadını seçəcək

Fevralın 17-dən etibarən ATV telekanalında "Özünə bax 3" zövq yarışmasına start veriləcək.


AzNews.az xəbər verir ki, bu mövsümdə yarışmanın şərtlərində müəyyən dəyişiklər edilib. "Özünə bax"da qadın iştirakçılarla yanaşı, zövqünə güvənən kişilər də özünü sınayacaq. Layihə rəhbəri Ruhi Əliyevanın da münsif olduğu yarışmada əsasən iştirakçılara düzgün geyinmək, individual tərzin formalaşdırılmasında yardım ediləcək.

İştirakçılar studiyada yaradılacaq qarderob və stilist xidmətlərindən də yararlana biləcək. Layihə boyu yerli, eləcə də xaricdən dəvət olunacaq stilist, dəb mütxəssisi, imicmeykerlər iştirakçıları qiymətləndirəcək.

Qala gecəsi iyuna təsadüf edəcək layihənin qalibi olacaq kişi iştirakçı dəyərli avtomobil, qadın isə brilliant daşlarla bəzədilmiş zinyət əşyası qazanacaq. Seçimlərinə start verilən "Özünə bax"da Ruhi Əliyeva ilə yanaşı dizayner Afaq İsmayılzadə daimi münsif kimi iştirak edəcək.

Bahar Rüstəmli
AzNews.az