Nadir Qafarzadə erməni mahnısı oxuyub? - Video

ANS telekanalında yayımlanan "Şoubiz" verilişi müğənni Nadir Qafarzadənin erməni mahnısı oxuması haqda süjet hazırlayıb.

Axşam.az xəbər verir ki, sənətçinin yenicə səsləndirdiyi "Bala" adlı bəstənin ermənilərə məxsus olduğu bildirilib.

Belə ki, "Bala" 8 ay əvvəl Vake Amaryan adlı ifaçı tərəfindən səsləndirilib. Mahnının musiqisi müğənnini özünə, sözləri isə Davit Okan adlı şəxsə məxsusdur.





AzNews.az