Elşad erotik kliplərdən danışdı

Reper Elşad Xose sənətə geri qayıdır.


Axşam.az-ın məlumatına görə, sənətçi iki yeni mahnı hazırlayıb. Uzun müddətdir şou-biznesdən uzaqlaşan Elşad son vaxtlar gündəmdən düşməyən erotik kliplərə münasibət bildirib:

"Məncə, müğənnilərin bu cür kliplərlə ekrana gəlməyə çalışması düzgün deyil. Bunlar boş və lazımsız mövzulardır. Belə kliplər mənasızdır. Yay aylarında yeniliklərimi təqdim edəcəyəm. Amma mən qalmaqala səbəb olan bu cür mövzulardan uzaq olacağam".

AzNews.az