Müğənni Xatun: “Mənə cadu ediblər“

Müğənni Xatun son vaxtlar başına gələn pis hadisələrin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, "Şou+" verilişinə qonaq olan sənətçi ona cadu edildiyini bildirib:

"Məni şou-biznesdə sevən yoxdur. Bir çox sənətçiləri parodiya edirəm. Buna qıcıqlananlar çoxdur. Elə qızıllarımı da parodiya etdiklərim oğurladı (gülür - red.). Son vaxtlar heç bir işim düz getmir. Mənə cadu ediblər. Avtomobilimdən 20 min dəyərində qızıl oğurlanandan sonra psixoloji problemlərim yaranıb. Özümü dəliliyə qoyuram. Bəzi müğənnilər var ki, qalmaqal edir. Sonra da özünü dəliliyə vurur ki, bilmədim, ağzımdan çıxdı. Mən də onlar kimi edirəm".

AzNews.az