Rəqqas: “Fatimənin sənəti vitrində nümayiş olunan keyfiyyətsiz mala bənzəyir”

Rəqqasə Fatimə internet portallarının birində həmkarlarının "bostanına daş atıb". Deyib ki, mən gündə bir işlə məşğul olmaram: "Şou-biznes əhlinin bir çoxu əlində 5 qarpız saxlayır. Mənim elə fikrim yoxdur. Çünki incəsənətə gələndə rəqqasə Fatimə kimi tanınmışam. Odur ki, bəzi həmkarlarımdan fərqli olaraq peşəmi dəyişmərəm. Ancaq mənim əsl peşəm rəqqasəlikdir".

Rəqqas Şəhriyar Cəfərov isə AzNews.az-a açıqlamasında həmkarını vitrində nümayiş olunan keyfiyyətsiz malla bənzətdi: "Əldə 5 qarpız tutmaq ayıb deyil. Amma belə götürəndə onun özü əlində 5 qarpız tutub. Görün neçə sənətlə məşğuldur? Gah oynayır, gah da kurs açır. Fatimənin sənəti vitrində nümayiş olunan keyfiyyətsiz mala bənzəyir. Keyfiyyətli malları isə eksporta göndərirlər. Əgər onun belə sənəti varsa, xarici mal kimi eksporta göndərilərdi. Daha "peşəkar" sənətini Azərbaycanın şadlıq evlərində nümayiş etdirməzdi. Hamı bilir ki, Fatimənin fitri istedadı yoxdur. Fatimə xoreoqrafiya məktəbi bitirməyib".

Onun sözlərinə ğörə, Fatimə, İncəsənət Universitetinin mədəni - maarif fakültəsinə qəbul olunub. Sonra daxili əmrlə xoreoqrafiya fakültəsinə keçib: "Fatimə və onun kimi sinələrinə döyən bilsinlər ki, İncəsənət Universitetinin xoreoqrafiya fakültəsi kiməsə ifaçılıq öyrətmir. Ora məzunlara müəllimlik diplomu verir. Mənim üçün maraqlıdır, universitetin rektoru xoreoqrafiya diplomu olmadan Fatiməni daxili əmirdən necə bu şöbəyə keçirib? Fatimənin nəzərinə çatdırıram ki, onun qatarı çoxdan keçib. O, istəsə də, lap elə özünü öldürsə də bu qatara minə bilməyəcək".

Lalə
AzNews.az