Nazpəri Dostəliyevanı ATV ilə nə barışdırdı?

"ATV telekanalı mənə heç bir zaman qadağa qoymayıb. Mən özüm rəsmi şəkildə müdiriyyətə ərizə ilə müraciət etmişdm. Özü də üç dəfə. Ərizəmdə bildirmişdim ki, mənimlə bağlı hər-hansı bir süjet yayımlanmasın. Artıq bu geridə qalıb.

Düzdür, mən həmin vaxtı da ATV-dən dəvətlər alırdım. Amma qəbul etmirdim. Bundan sonra tamaşaçılarım məni ATV-də tez-tez görəcəklər". Bu məlumatı AzNews.az-a xalq artisti Nazpəri Dostəliyeva özü dedi. N.Dostəliyeva onu da bildirdi ki, yeni çəkildiyi "Qayağı" teleserialı ATV- telekanalında yayımlanacaq.

Bahar
AzNews.az