Flora Kərimova Hollandiyada konsert verəcək

Xalq artisti Flora Kərimova Hollandiyada konsert verəcək.

Bu barədə AzNews.az-a açıqlama verən müğənni Rövşən Civişovun sözlərinə görə, sözügedən konsert proqramı aprelin 13-də baş tutacaq: "Benilüks Azərbaycanlılar Konqresinin yeni yaranmış 2 təşkilatının təqdimetmə mərasimi olacaq. Hər iki mərasimə ciddi hazırlıqlar gedir. Mərasimin rəsmi hissəsindən sonra xalq artisti Flora Kərimova ilə birlikdə möhtəşəm konsert proqramı ilə çıxış edəcəyik".

Qeyd edək ki, mərasimdə Azərbaycan və Türk diasporasının üzvləri, diplomatlar, rəsmilər də iştirak edəcək. Tədbir saat 15.00-da Niderland Krallığının Rotterdam şəhərində başlayacaq.

Bahar Rüstəmli
AzNews.az