- Köhnə - Şou-biznes
- 7 Aprel 2014 14:49
- 5 313
Dostaliyevanı canlı yayımda pərt etdilər: “Pomidor satana oxşayırsan“
"Kökəlmişəm deyə enli geyinmişəm"
Müğənni Zeynəb Dostaliyevanı canlı yayımda tamaşaçı mesajı yaman pərt edib. Mövqe.az xəbər verir ki, artıq çəki alan müğənni bunu ört-basdır etmək üçün enli don geyib.
Lakin səhər verlişinə sms yazan tamaşaçı müğənninin geyimini bəyənmədiyini və hətta onu bazar qadınlarına da oxşatdığını deyib:
"Zeynəb Dostaliyeva bazarda pomidor satan qadına bənzəyir. Hətta bazarda pomidor satanlar belə ondan daha zövqlü geyinir".
Bu mesajdan pərt olan müğənni özünə belə haqq qazandırıb və həmin tamaşaçını təhqir edib: "Sən çox zövqsüz və qabiliyyətsiz insansan. Əynimdəki ətəyim Fransa istehsalıdı. Həm də kökəlmişəm deyə enli geyinmişəm. Ayıb olsun, sənə..."
Z. Dostaliyevanın həmin verlişdən olan görüntüsü: