Könül Kərimova: “Qorxumdan övladlarımın sayını artıra bilmədim”

Müğənni Könül Kərimova qohum nikahlarından danışıb. AzNews.az xəbər verir ki, sənətçi televiziya verilişlərinin birində xalası oğlu ilə ailə qurduğunu və buna görə ikinci övladının sağlamlığıyla bağlı problemlə üzləşdiyini deyib:

"Mən öz xalam oğlu ilə ailə qurmuşam. Biz ailə quranda dedilər ki, atalarınız qohum olmadığına görə heç bir qorxusu yoxdur. Amma ikinci övladımda bir az problem oldu. Həkimə getdim soruşdum ki, bunun səbəbi nədir? Dedi ki, qohum nikahı olduğu üçün yaranıb bu problem. Hələ get birini ye, birini Allah yolunda ver ki, ucuz qurtarmısan. Ondan sonra qorxumdan övladlarımın sayını artıra bilmədim".

Müğənni gələcəkdə övladlarının qohumla ailə qurmasından da danışıb və buna qarşı olduğunu etiraf edib: "İki övladım var. Yəqin ki, indi qohumlar məni eşidirlər. Onlar deyirlər ki, nə yaxşı biz səni aldıq, amma sən bizə qız vermirsən".

İntiqam
AzNews.az