"Fadayə Laçınla 6 il qadın-kişi münasibətində olmuşuq"

Tanınmış müğənni Tacir Şahmalıoğlu teleaparıcı İradə İsaqın təqdimatında ATV-də yayımlanan "Düz üzünə" verilişinində hər kəsi təəccübləndirəcək açıqlama verib. AzNews.az-ın məlumatına görə, aparıcının müğənniyə keçmiş duet həmkarı Fədayə Laçınla bağlı verdiyi suala Şahmalıoğlu belə cavab verib. "Bəli, Fadayə ilə çalışdığım 6 il ərzində onunla qadın-kişi münasibətində olmuşuq, amma bu, sevgi deyildi".

Qeyd edək ki, dəfələrlə onların sevgili olduğu ilə bağlı xəbərlər yayılsa da, hər iki tərəf bunu təkzib etmişdi.

İntiqam Valehoğlu
AzNews.az