“Ağadadaşdan bunu heç gözləməzdim” – Mahnı qalmaqalı

""İki cavan, iki aşiq" mahnısını mən 1975-ci ildə oxumuşam".

Bunu AzNews.az-a açıqlamasında əməkdar artist Baloğlan Əşrəfov deyib. Onun sözlərinə görə, xalq artisti Ağadadaş Ağayev bu mahnını ondan çox-çox sonralar ifa edib: "Mən bunu oxuyanda kaset-disk yox idi. Ona görə də bu mahnını oxuyanda onu kasetə yazdırmadım. Ağadadaş Ağayev məndən çox sonralar bunu oxuyub və kasetə saldırdı. Sonra da onu kasetdə yaydı. İndi bu gün o kaseti sübut kimi təqdim edir. Amma bütün el-oba, o dövürün adamları bilir ki, bu mahnını ilk olaraq mən oxumuşam.

Ağadadaşın belə danışmasını heç gözləməzdim. Yenə də canı sağ olsun, mənim dostumdur, qardaşımdır".

Xatırladaq ki, xalq artisti Ağadadaş Ağayevin "Xəzər" telekanalında "İki cavan, iki aşiq" mahnısını ilk dəfə Baloğlan Əşrəfovun deyil, özünün oxuduğunu dilə gətirməsi iki sənətkar arasında qalmaqala səbəb olub.

Bahar Rüstəmli
AzNews.az