Radiolara buraxılmayan müğənnilərin FOTOSİYAHISI

Radiolardakı playlistin necə tərtib olduğunu öyrənmək məqsədilə AzNews.az olaraq "Antenn fm", "Xəzər fm", "Burc fm", "ANS ÇM", "Azad Azərbaycan radiosu", "İctimai radio", "Radio Space"də sorğu apardıq.

Sorğu zamanı bütün radiolardan demək olar ki, eyni cavab aldıq. Bildirildi ki, kiməsə qarşı xüsusi qadağa qoyulmasa da, bir sıra müğənnilər efirə verilmir. Həmin müğənnilərin adlarını təqdim edirik: Üzeyir, Manaf Ağayev, Əlikram Bayramov, Nura Suri, Roza Zərgərli, Çoşqun Viləş, İbrahim Borçalı və s.

Radio dalğalarında ən çox ifaları səslənən müğənnilər isə aşağıdakılardır:

1. Röya
2. Natəvan
3. Nigar Camal
4. İlhamə Qasımova
5. Aygün Kazımova
6. Nadir Qafarzadə
7. Elnarə
8. Abbas
9. Çingiz Mustafayev
10. Mina

Qeyd edək ki, dəbdə olan mahnıların efirə getməsi üçün heç bir haqq tələb olunmur.

Əminə
AzNews.az
image description image description image description image description image description image description image description image description image description