Qalibin başına 25 min manat dəyərində tac qoyulacaq Qalibin başına 25 min manat dəyərində tac qoyulacaq

Dünya gözəlləri “Sarı gəlin”nin sədalarıyla podiumda – FOTOSESSİYA

Qalibin başına 25 min manat dəyərində tac qoyulacaq


Azərbaycanın ev sahibliyi edəcəyi və sentyabrın 22-də Heydər Əliyev sarayında keçiriləcək "Miss Civilization of The World 2012" müsabiqəsinin finalçıları Bakıya gəliblər. AzNews.az-ın məlumatına görə, bu gün təşkilat komitəsinin keçirdiyi mətbuat konfransında Azərbaycan daxil, 24 ölkənin iştirakçıları da iştirak edirdi.

"Miss Civilization of The Azerbaijan 2012"nin təşkilatçısı Kamal Cenk İçtən hər bir ölkənin iştirakçısını təqdim etdikdən sonra, müsabiqəylə bağlı danışdı. O, bildirdi ki, iştirakçıları Azərbaycanı tanıtmaq üçün onları bölgələrə səfər edəcəklər. Səfər çərçivəsində iştirakçıları milli mətbəximizlə, adət-ənənələrimizlə daha yaxından tanış edəcəklər.

Münsiflər heyətindən danışan K.C.İçtən Azərbaycandan Aygün Kazımova və Ruhinin, Türkiyədən klarnet ifaçısı Hüsnü Şənləndiricinin təmsil olunduğunu söylədi. Ümumiyyətlə, münsiflər heyətində 12 məşhur şəxs əyləşəcəklər.

6 hissədən ibarət olacaq müsabiqədə ilk olaraq hər bir iştirakçı öz ölkəsinin milli paltarında və daha sonra Azərbaycanın milli geyimlərilə səhnəyə çıxacaqlar. Daha sonra gəlin paltarları, idman geyimlərini nümayişi olacaq. Azərbaycan xalq mahnısı "Sarı gəlin"də iştirakçıların dəfiləsi zamanı səsləndiriləcək. Saat 19:00-da başlayacaq konsert proqramı, saat 22:00-da yekunlaşacaq.

Qalibin başına 25 min manat dəyərində tac qoyulacaq. Tac xüsusi daş-qaşlarla bəzədilib.

Fuad Mədətov
Fotolar: Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description