Elza Seyidcahan: “Yazıq olsun Namiqə ki, 7 ilini Aygünə həsr edib”

Əməkdar artist Elza Seyidcahan həmkarı, Xalq artisti Aygün Kazımova haqqında daha bir iddialı fikir səsləndirib. AzNews.az-a danışan E.Seyidacahan Aygün Kazımovayla meyxana ifaçısı Namiq Qaraçuxurlu münasibətlərinə toxunub. O, bildirib ki, N.Qaraçuxurlu A.Kazımovayla iş birliyinə görə, peşmandır:

"Sən elə olmasaydın, indiki gündə Allahın Namiqi də səni atıb getməzdi. Dediyinə görə, ömrünün neçə ilini ona verib, sonda da səni aşağıdan da, aşağıya endirib. Namiq verilişlərdə deyib ki, keçmiş 7 ilimə nifrət edirəm. Aşıq Telli, müğənnilər Allah şahiddir ki, mən bu söhbətə görə mübahisə etmişəm. Əgər, bu sözü Namiq deyibsə, buna inanmıram. Amma mən bu günkü gündə deyirəm ki, o, düz deyir. Yazıq olsun Namiqin o 7 ilinə ki, həmin ilini Aygünə həsr edib. O sözü deyəndə, Namiqi qınayırdım. Namiq sən yaraşıqlı, centlimen oğlansan. Bu sözləri kişiyə yaraşdırmıram. Gör bu oğlan nə qədər yanıb ki, "onunla keçirdiyim 7 ilimə nifrət edirəm" deyib. Doğurdan da... Bunu deyib və mətbuatda da yazılıb".

Qeyd edək ki, bu günlərdə xəz-dəri geyimləri şirkətinin yeni mövsümünün açılış mərasimində iştirak edən A.Kazımova və Elza Seyidcahan arasında qalmaqal yaşanıb.

Aydın olub ki, şirkətin siması A.Kazımova tortkəsmə məqamında qonaqlara şirniyyatdan bir parça versə də, E.Seyidacahanı saymayıb və ona tort verməyib. A.Kazımovanın bu "jesti" E.Seyidcahanı özündən çıxarıb və həmkarı haqqında kəskin fikirlər səsləndirib. O, Aygün Kazımovaya şərəfsiz, ləyaqətsiz və şeytanlaşmış adam deyib.

Fuad Mədətov
AzNews.az