“Həkimlər deyir ki, bu ağrılar bir müddət davam edəcək” “Həkimlər deyir ki, bu ağrılar bir müddət davam edəcək”

Xanəndə qəzadan sonra toya gedə bilmir

“Həkimlər deyir ki, bu ağrılar bir müddət davam edəcək”



Xanəndə Elnarə Abdullayeva bir neçə gün əvvəl səhər saatlarında Müşfiqabad qəsəbəsində həyat yoldaşı ilə şəxsi avtomobilində qəzaya uğraması haqqında məlumat vermişdik.

AzNews.az-a danışan E.Abdullayeva hazırda səhhətinin qənaətbəxş olduğunu söyləyib: "Avtomobil qəzasından sonra belimdə ağrılar var. Ağrılara görə, narahatçılıq var. Hazırda sağlamlığımı düşünürəm. Belim möhkəm dəydiyi üçün indi də ağrıyır. Həkimlər deyir ki, bu ağrılar bir müddət davam edəcək. Hazırda müalicə davam edir. Ona görə də, toylara, konsertlərə gedə bilmirəm. İnşallah, konsert vermək arzusundayam".

Qeyd edək ki, E.Abdullayeva və həyat yoldaşı hadisədən dərhal sonra xəstəxanaya yerləşdiriliblər. Cütlük 5 saatlıq müayinədən sonra evə buraxılıblar. Hadisə nəticəsində xanəndənin beli əzilib.

Hadisəyə səbəb xanəndənin olduğu avtomobilin qarşısına "Kamaz" markalı maşının çıxması olub. Müğənni avtomobili yoldan çıxarmaq istəyərkən qəzadan yayına bilməyib. Nəticədə onun idarə etdiyi avtomobil bir neçə dəfə aşıb. Müğənninin avtomobili yararsız hala düşüb.

Fuad Mədətov
AzNews.az